QHT sədri : Senatın qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirir

392

Fransa parlamentinin yuxarı palatası – Senat 15 noyabr 2022-ci il tarixində Fransa hökumətini “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakı üzərinə sanksiyalar qoymağa çağıran qətnaməni qəbul edib. Bu gözlənilən idi çünki Senat 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasının əleyhinə qətnamə qəbul etmişdi.

Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirib.

Bu fikirləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialmedia.az -a açıqlamasında bildirib.
“Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamənin qəbul edilməsi Fransanın Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqeyini nūmayiş etdirir. 28 il ərzində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə nail olmağı “hədəfləyən” ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın bu gün ki, mövqeyi çox gülünc səslənir..

Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, dinc əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, bir milyona yaxın insanın öz ata-baba yurdundan məcburi qovulmaları, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, Azərbaycan mədəniyyətinin dağıdılması, viran qoyulması, Xocalı qətliamı sübut olunsa da, bu günə kimi Fransanın Ermənistana qarşı bir sanksiya belə tətbiq etməsinə səbəb olmayıb.. Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü əldə edib, zəfər qazanıb.Lakin bu bir çox ölkələr kimi Fransanı da qane etməyib. Ermənistanın maraqlarına qulluq edən, Fransa Qafqazda sülhün bərqərar olmaması üçün əlindən gələni etməyə davam edir. Azərbaycanın torpaqlarının işğaldan azad olunmasından sonra Amerika və Fransa səfirlərinin işğaldan azad olunan torpaqlara ziyarət dəvətinin qəbul etməməsi məhz onu göstərir ki, bu iki nəhəng ölkə Azərbaycanın qələbəsini həzm edə bilməyib.
30 ilə yaxın iki ölkə arasında sülh yaratmaq adı ilə həmsədirlik edən ölkələrin maraqları tam başqa imiş.

Onların məqsədi Qafqazda daim ixtişaş yaratmaq və bu yaranan proseslərdən öz maraqları üçün istifadə etmək olub. Bu gün bir daha əmin olduq ki, Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.

İllərdir sülh yaratmaq adı ilə həmsədirlik edən ölkələr Ermənistana havadarlıq edib və onları Azərbaycana qarşı silahlandırıblar. Heç bir yerdən maliyyəsi olmayan Ermənistanın silahı bitmir və tükəmir. Baxmayaraq 2 ildən çoxdur məğlubiyyətə uğrayan Ermənistan tez bir zamanda silahlanaraq yenidən ərazilərimizi müntəzəm atəşə tuturlar. Kapitulyasiya aktına qol çəkən Ermənistan dayanmadan imzaladığı aktı pozaraq yenidən ölkəmizə hücumlar edir.Ancaq nədənsə Fransa bu işlərdə Ermənistanı deyil, Azərbaycanı günahlandırır. Xarici ölkələrdə yaşayan ermənilərin Azərbaycan səfirliklərinə hücumlarına göz yuman ölkələr bizi işğalçı adlandırır. Bu proseslərin baş verməsi bir daha onu göstərir ki, ermənilərin deasporaları çox güclü şəkildə bütün dünyaya yayılıb. Onlar böyük Ermənistan yaratmasalar da, böyük erməni sevgisi və gücü yarada biliblər. Fransanın isə erməni sevgisi bitib tükənməyəcək.

Biz isə öz sevgimizi bizə dost olan ölkələrlə birlikdə yaşayırıq. Vətən müharibəsindən sonra Azərbaycanda sülh quruculuğu, bərpa və yenidənqurma işlərini davam etdirir.
Fransa Senatı isə bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirir.
Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik və buna görə də Azərbaycan Respublikasının Milli Məclisində Fransa Senatının mövqeyini pisləyən qətnamə qəbul edilməlidir deyə düşünürəm.”
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi