Aeroportda sərnişindən tapança götürüldü

187

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Fakt sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.