Lənkəranda məktəbli hücuma məruz qaldı

157

Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İsmət Amil oğlu Qədirov naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran Mərkəzi Xəstaxanasınin reanimasiya şöbəsinə yerləşdirilib.

Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.