Layihə çərçivəsində uşaq və yeniyetmələr rəsm üzrə dərnəklərə cəlb olunub

106

Layihə çərçivəsində uşaq və yeniyetmə rəsm üzrə dərnəklərə cəlb olunub
“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən 20-dən artıq uşaq və yeniyetmə rəsm üzrə dərnəklərə cəlb olunmuşlar.

Dərnəklərdə onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi uğurla aparılır. Dərnəklər incəsənətin müxtəlif bölmələrini əhatə edir.

Eyni zamanda dərnəklərdə uşaqlara Azərbaycanın qədim el sənət növlərindən olan prioqrafiya sənəti öyrədilir. Bu sənət növü odun yandırmaq, müəyyən nümunələr və formalar əldə etmək üçün ağacın istənilən formada idarə olunan kömürləşmə təcrübəsidir.

Bu ya dekorativ məqsədlər üçün, ya da adları və ya markaları olan əşyaları qeyd etmək üçün edilir. Prioqrafiya sənətinə maraq göstərən uşaqlar gələcək həyatlarında peşə təhsilinin təməlini qoyurlar.

Prioqrafiya üzrə təlimləri layihəyə cəlb olunmuş rəssam Əfsanə Xudiyeva aparır. Bu sənət növündə müəyyən işlər bacaran uşaqlar özlərində güvən hissini artırır və maraq dairələrini genişləndirirlər. Övladlarının uğurunu görən valideynlər gələcəkdə onların peşə seçimində uğur qazanacaqlarına ümid bəsləyirlər.