MN məlumat yaydı

107

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.