Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

89

“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin formalaşmasında və inkişafında incəsənətin müxtəlif növünü özündə birləşdirən müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin yaradılması və müxtəlif diaqnozlardan əziyyət çəkən bu insanların dərnəklərin fəaliyyətinə cəlb edilməsi və layihənin son mərhələsində uşaqların əl işlərindən ibarət sərginin təşkil edilməsidir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən 20-dən artıq uşaq və yeniyetmə rəsm üzrə dərnəklərə cəlb olunmuşlar. Dərnəklərdə onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi uğurla aparılmışdır.Dərnəklərdə rəsm üzrə təsviri incəsənətin (rəngkarlıq, qrafika və s.) və tətbiqi incəsənətin(aplikasiya,ebru və s.) bölmələri,pioqrafiya sənəti tədris edilmişdir. Rəqs üzrə bədii incəsənətin rəqs və musiqi bölmələri uşaqlara öyrədilmişdir. Xəstəlik dərəcəsindən asılı olmayaraq layihəyə cəlb olunmuş bütün uşaqlar dərnəklərdə iştirak etmişdir. Təlimlərdə rəqs terapevti-xoreoqraf tərəfindən uşaqlara milli musiqimizin “Uzundərə”,”Yallı”,”Şuşanın dağları” və s. rəqsləri öyrədilmişdir.

Sosialmedia.az xəbər verir ki, 19 noyabr 2022-ci il tarixində Sumqayıt şəhər Dövlət Rəsm Qalereyasında “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi tərəfindən layihəyə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.Sərgidə dövlət qurumlarından olan nümayındələr,Qeyri-Hökumət Təşkilatları təmsilçiləri,rəssamlar,könüllülər və s. iştirak etmişdilər.Sərginin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin uşaqların və sərgi iştirakçılarının ifası ilə olmuşdur.”Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimia birliyinin rəhbəri Zeynəb Hacıyeva sərgi açaraq, iştirakçılara layihə barəfə geniş məlumat verdi. Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov çıxış edərək, layihənin önəmli və məsuldar olduğunu, sağlamlıq imkanları məhdud uşaqlar üçün gözəl bir stimul olduğunu vurğuladı. Layihə rəhbəri Zeynəb Hacıyeva QHT-lərə göstərdiyi qayğıya görə dövlət başçısına öz minnətdarlığını bildirdi.Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova öz kövrək çıxışında valideynlərə səbr və təmkin diləyərək öz xoş sözlərini bildirdi.

Bundan başqa ev sahibi kimi sərgi iştirakçılarına öz xüsusi diqqət və qayğısını göstərdi. Qonaqlardan Sumqayıt Reabilitasiya Mərkəzinin tibbi-stasionar şöbəsinin müdiri Səbinə Nurullayeva,Sosial Xidmətlər Agentliyinin nümayəndələri,təhsil işçiləri, ƏSMİD ictimai Birliyinin rəhbəri Səbinə Kərimova,peşəkar rəssamlar,könüllülər sərgi haqqında öz fikirlərini bildirdilər və uşaqlara gələcək həyatlarında uğurlar arzuladılar.Sərginin ikinci hissəsində uşaqlar iştirakçılara milli musiqimizin gözəl rəqslərini təqdim etdilər.Sonda uşaqlara hədiyyələr təqdim olundu.Sonda uşaqların valideynləri göstərdiyi qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.