“Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” layihəsinin yekun tədbiri keçiriləcək

115

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihənin adından da göründüyü kimi məqsədimiz fiziki-məhdudiyyətli şəxslərin özlərinə qapanmalarının, evə təcrid olunmalarının qarşısını alaraq birbaşa idman ilə cəmiyyətə inteqrasiya etməkdir.

Əlilliyi olan şəxslər öncə tədbirimizə dəvət alırlar, nümayəndələr tərəfindən paralimpiya idman növləri ilə tanış olurlar. Tədbirlər 2 ay ərzində (oktyabr, noyabr) Bakı şəhərində təşkil olunmaqdadır.

Ardıcıl olaraq oktyabr ayında Bakı Reabilitasiya Mərkəzində, Respublika Reabilitasiya Mərkəzində, Şağan Reabilitasiya Pansionatında tədbirlər baş tutdu. 28 noyabr tarixində isə növbəti tədbir “Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzi”ndə həyata keçiriləcək. Tədbirdə ictimai birliyin təsisçisi, sədri və nümayəndə heyəti, Milli Məclisin deputatları, Milli Paralimpiya Komitəsinin nümayəndəsi, I və II Qarabağ müharibəsi qaziləri, fiziki-məhdudiyyətli şəxslərin, paralimpiya idman növləri üzrə avropa və dünya çempionlarının iştirakı nəzərdə tutulur.

Fiziki-məhdudiyyətli şəxslərin çoxluq təşkil etdiyi adı çəkilən mərkəzdə paralimpiya idman növlərinin müalicə almaqda olan qazilərimizə, əlilliyi olan şəxslərimizə tanıtdırmaq və onları idmana cəlb etmək layihənin əsas məqsədidir. İdman cəmiyyətə inteqrasiya olmaq üçün ən sağlam yoldur! Bu ideyanın əlilliyi olan şəxslərə aşılamaq və onlarda idmana həvəs yaratmaq üçün sözü gedən layihə 4 mərhələli şəkildə həyata keçirilir və bu mərhələ sonuncudur.

Ətraflı məlumat üçün əlaqə: +994 50 620 10 46
apuodnetwork@gmail.com
Tarix: 28 noyabr 2022-ci il, saat 13:30