“Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin icrasını davam edir

277

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin icrasını davam etdirir.

İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.

Layihə çərçivəsində tədbir 14-16 noyabr tarixində Bərdə rayon Mərkəzi Xəstəxanasının vərəm kabinetində vərəmin təsirinə məruz qalmış şəxslər və onların ailə üzvləri arasında keçirilib.

Tədbirdə “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədr müavini, layihənin rəhbəri Samirə Muxtarova, texniki işçilər Zülfüqar Əbülhəsənov və Sultan Muxtarzadə iştirak ediblər.

Tədbirin birinci hissəsində layihənin əməkdaşları Bərdə rayon Mərkəzi Xəstəxananın direktoru və Vərəm kabinetinin ftiziatrı ilə görüşüb.

Təşkilatın sədr müavini, layihə rəhbəri Samirə Muxtarova açılış nitqi ilə çıxış edərək, təşkilatın fəaliyyəti haqqında məlumat verərək, görüşün önəmini iştirakçıların diqqətinə çatdırıb və layihəyə verdiyi dəstəyə görə QHT Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə eyni zamanda Bərdə rayon Mərkəzi Xəstəxananın direktoruna və vərəm kabinetinin ftiziatrına minnətdarlığını bildirib.

Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm, COVİD-19 infeksiyası, Hepatit, İİV/QİÇS, cinsi yolla keçən infeksiyalar barədə geniş məlumatlar verərək, yoluxucu xəstəliklərin profilaktikası, erkən aşkarlanmanın əhəmiyyətindən danışıb.

İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıları maraqlandıran çox saylı suallar doktor Samirə Muxtarova tərəfindən cavablandırılıb.

Tədbirdə digər donor tərəfdən ərsəyə gələn vərəm xəstəliy barədə qısa metrajlı film və vərəmə aid şüarlar “Eşitmə və Nitq Məhdudiyyətli Uşaqların” surdo versiyasında videoçarx və Yaponiyanın “Fujifilm” şirkətinə məxsus, süni intelektə malik, portativ, “FDR Xair” rentgen aparatı haqqında, onun digər rentgen aparatlarından üstün xüsusiyyətləri barədə videoçarx nümayiş olunub.

İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər, infeksion nəzarət qaydalarına riayət olunması üçün maskalar paylanıb. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib.

Tədbirin ikinci hissəsində vərəm xəstələrinin və ailə üzvlərinin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Qeyd edək ki, “FDR Xair”, portariv, süni intellekt üstünlüyünə malik, rəqəmsal rentgen aparatı “Sağlamlığa Xidmət” İB tərəfindən Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və STOP TB- nin konsultativ dəstəyi ilə Azərbaycana gətirilib.

Tədbirin ikinci və üçüncü günündə “vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin əməkdaşları Bərdə rayonunundan uzaq məsafədə yaşayan vərəm xəstələrinin ailəsinə baş çəkərək, onların ailə üzvləri ilə görüşüb.
Layihə çərçivəsində vərəm xəstələrinin, onların yaxın kontaktlarının ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Bərdə rayonunda keçirilən tədbirdə ümumilikdə 90 nəfər şəxsin yolxucu xəstəliklər barədə məlumatlandırılması və vərəmin erkən aşkarlanmasına dəstək olaraq 87 nəfər şəxsin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.

Eyni zamanda layihə çərçivəsində vərəm xəstəliyi barədə maarifləndirici bukletlər, infeksion nəzarət qaydalarına riayət etmək üçün maskalar paylanıb.

Maarifləndirici məlumatların təqdim edilməsi və erkən aşkarlanmaya dəstək olaraq rentgen müayinəsinin təşkil olunması tədbir iştirakçılarının marağına səbəb olmuş və belə maarifləndirici tədbirlərin və müayinələrin davamlı olaraq təşkil olunmasını arzu etmişlər.

Layihə çərçivəsində sonuncu tədbir 21-23 noyabr tarixində Ağdam rayonunda keçiriləcəkdir.