Öz biznesini yarat! layihəsi başlandı

102

Sosialmedia.az xəbər verir ki, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Öz biznesini yarat! ” layihəsi başlandı.

Layihənin əsas məqsədi, Xaçmaz rayonunda gənclər arasında sahibkarlığın inkişafına yardımcı olmaqdır.

İctimai Birliyin sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, təlimlər 22, 23, 24 noyabr 2022-ci il tarixlərində Xaçmaz rayonunda həyata keçiriləcəkdir. Ümumilikdə hər təlimə 45 nəfər gənc cəlb olunacaqdır.

Layihənin birinci təlimi keçirilmişdir. İlk öncə təşkilatın sədri Tünzalə Cavadova iştirakçıları salamlayaraq, bu layihənin gənclər üçün önəmindən danışmışdır.

Dövlətimiz tərəfindən gənclərə ayrılan diqqət sahibkarlıq fəaliyyətində də aydın görünür. Gənclər üçün müxtəlif məşğulluq proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatında və müxtəlif sahələrdə özünü doğrultmaqdadır.

Daha sonra Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova da gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün böyük imkanların yaradıldığını və onlar daim dövlətin diqqətində olduğunu vurğulamışdır.

Beynəlxalq dərəcəli sertifikatlı təlimçi Ceyhun Ağabəyov gənclərə bildirmişdir ki, onlar sahibkarlıq ücün zəruri olan məlumatlar alacaq, sənədləşmələrin aparılması qaydaları, hüquqi şəxslərin yaradılması, bank, vergi və mühasibat ucotunun aparılması, kreditin alınması, müqavilələrin bağlanma, mühasibat ucotunun aparılma qaydaları, eləcə də, torpaqdan istifadə etmək haqqında mövcud qanunvericilik aktları haqqında məlumat alacaq və praktik vərdişlər əldə edəcəklər.

Layihədə birbaşa və dolayısı yolla iştirak etmiş şəxslərə Öz Biznesini Yarat! adlı maarifləndirici startap kitabçalar paylanılacaqdır.

Təlimlər xüsusi proqram və qrafik əsasında, əvvəllər tətbiq edilmiş metodologiyaya uyğun həyata keciriləcəkdir.

Layihə çərçivəsində sıfırdan öz şəxsi təsərrüfatlarını yaradan insanların uğur hekayələrindən ibarət video roliklər göstəriləcək. Belə insanların öz təcrübələrini bölüşməsi gənclərə daha böyük motivasiya verəcəkdir

Təlimlərin sonunda fərqlənən gənclərə qazandığı bilgilərlə biznesini yaratmağa maddi vəsait almaq üçün KOB evinə və yaxud biznes qurumlarına müraciət etmələri üçün köməklik göstəriləcəkdir .

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir.

Eyni zamanda təşkilat bu seminarların layihədən sonra da davam etdirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.