“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi yekunlaşdı

80

Diqqət! «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası Maştağa qəsəbəsii Ə.Vahid adına 293 № li tam orta məktəbdə dördüncülərlə təşkil olunmuş « 4 Yol ayrıcı» situativ, öyrədici, hərəkətedici rollu oyunla yekunlaşmışdır.

22 Noyabr 2022-ci il tarixində Sabunçu rayonu ,Maştağa qəsəbəsi Ə.Vahid adına 293 № li tam orta məktəbdə 30 (otuz) nəfər IV sinif şagirdləri,onların valideynləri,məktəbin pedaqoji heyyətinin üzvləri,10 nəfər yuxarı sinif şagirdlərindən layihəyə qoşulmuş Könüllülər Qrupunun üzvlərinin iştirakı ilə «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək ! » layihəsinin yekun tədbiri keçirilmişdir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş və 3 ay müddətində «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən icra olunmuşdur.