“Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin yekun tədbiri Ağdam rayonunda təşkil edilib

170

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin yekun tədbirini Ağdam rayonunda təşkil edib.

İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.

Layihə çərçivəsində son tədbir 21-23 noyabr tarixində Ağdam rayon Mərkəzi Xəstəxanasının vərəm kabinetində vərəmin təsirinə məruz qalmış şəxslər və onların ailə üzvləri arasında keçirilib.

Tədbirdə “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Samirə Muxtarova, texniki işçilər Zülfüqar Əbülhəsənov və Abbas Məmmədov iştirak ediblər.

Tədbirin birinci hissəsində layihənin əməkdaşları Ağdam rayon Mərkəzi Xəstəxanasının direktoru Rövşən Əhmədovla və Vərəm kabinetinin ftiziatrı Rahilə həkim ilə görüşüblər. Görüşdə Rövşən doktor bu önəmli və vacib tədbirin keçirilməsinə görə əməkdaşlara təşəkkürünü bildirib, davamlı olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsinə və portativ rentgen aparatı ilə müayinələrin aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə ilk olaraq vərəm kabinetinin ftiziatrı Rahilə həkim açılış nitqi ilə çıxış edərək, tədbir iştirakçılarına keçirilən tədbirin əhəmiyyəti barəsində məlumat verib.
Daha sonra təşkilatın sədr müavini, layihə rəhbəri Samirə Muxtarova təşkilatın fəaliyyəti haqqında məlumat verərək, görüşün önəmini iştirakçıların diqqətinə çatdırıb və layihəyə verdiyi dəstəyə görə QHT Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə eyni zamanda Ağdam rayon Mərkəzi Xəstəxanasının direktoruna, vərəm kabinetinin ftiziatrına və tibb işçilərinə minnətdarlığını bildirib.

Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm, COVİD-19 infeksiyası, Hepatit, İİV/QİÇS, cinsi yolla keçən infeksiyalar barədə geniş məlumatlar verərək, yoluxucu xəstəliklərin profilaktikası, erkən aşkarlanmanın əhəmiyyətindən danışıb.

İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıları maraqlandıran çox saylı suallar doktor Samirə Muxtarova tərəfindən cavablandırılıb.

Tədbirdə digər donor tərəfdən ərsəyə gələn vərəm xəstəliy barədə qısa metrajlı film və vərəmə aid şüarlar “Eşitmə və Nitq Məhdudiyyətli Uşaqların” surdo versiyasında videoçarx və Yaponiyanın “Fujifilm” şirkətinə məxsus, süni intelektə malik, portativ, “FDR Xair” rentgen aparatı haqqında, onun digər rentgen aparatlarından üstün xüsusiyyətləri barədə videoçarx nümayiş olunub.

İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər, infeksion nəzarət qaydalarına riayət olunması üçün maskalar paylanıb. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib.

Tədbirin ikinci hissəsində tədbirdə iştirak edən vərəm xəstələrinin və ailə üzvlərinin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Qeyd edək ki, “FDR Xair”, portariv, süni intellekt üstünlüyünə malik, rəqəmsal rentgen aparatı “Sağlamlığa Xidmət” İB tərəfindən Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və STOP TB- nin konsultativ dəstəyi ilə Azərbaycana gətirilib.

Tədbirin ikinci və üçüncü günündə “vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin əməkdaşları Ağdam rayonunundan uzaq məsafədə yaşayan vərəm xəstələrinin ailələrinə baş çəkərək, onların ailə üzvləri ilə görüşüb.
Layihə çərçivəsində vərəm xəstələrinin, onların yaxın kontaktlarının ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.

Ağdam rayonunda keçirilən tədbirdə ümumilikdə 53 nəfər şəxsin yolxucu xəstəliklər barədə məlumatlandırılması və vərəmin erkən aşkarlanmasına dəstək olaraq 44 nəfər şəxsin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.

Maarifləndirici məlumatların təqdim edilməsi və erkən aşkarlanmaya dəstək olaraq rentgen müayinəsinin təşkil olunması tədbir iştirakçılarının marağına səbəb olmuş və belə maarifləndirici tədbirlərin və müayinələrin davamlı olaraq təşkil olunmasını arzu etmişlər.

Qeyd edim ki, layihə çərçivəsində ilk tədbir 24-25 oktyabr tarixində Hacıqabul rayonunda, növbəti tədbir 14-16 noyabr tarixində Bərdə rayonunda, son tədbir isə 21-23 noyabr tarixində Ağdam rayonunda keçirilib.

“Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihə çərçivəsində ümumilikdə 200 nəfərə yaxın şəxsin məlumatlandırılması, 170 nəfərə yaxın şəxsin (vərəmin təsirinə məruz qalmış şəxslərin və onların yaxın kontaktlarının) ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.

Layihəyə töhvə olaraq Bakıda və Xızı rayonunda vərəmin təsirinə məruz qalmış şəxslərin və onların yaxın kontaktlarının ağciyərlərinin rentgen müayinəsi təşkil olunacaq.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
TƏBİB
#ETACXİ
#AğdamRayonMərkəziXəstəxanası
#SağlamlığaXidmətİB
#vərəmsağalanxəstəlikdir
#erkənaşkarlanmahəyatqurtarır
#erkənaşkarlanmayadəstəkolaq
StopVərəm Azərbaycan