“Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihə sona çatdı

143

“Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihə sona çatdı!

28 noyabr 2022-ci il tarixində Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihənin IV və sonuncu tədbiri baş tutdu.

Tədbiri Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri Ruhin Cəfərov çıxış edərək açıq elan etdi və qonaqları salamlayaraq, layihə haqqında ətraflı məlumatları iştirakçıların diqqətinə yetirdi. Sonra isə Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Xeyriyyəçi Vətən sevimlisi Hacı Nuran, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, paralimpiya idman növləri üzrə baş məşqçilər və digər dəyərli qonaqlar çıxış edərək mövzunun nə qədər əhəmiyyət kəsb etdiyindən və aktuallığından bəhs etdilər.

Layihə üzrə həyata keçirilən ümumilikdə 4 tədbirin nəticələrinə əsasən Vətən müharibəsi qaziləri, fiziki-məhdudiyyətli şəxslər paralimpiya idman növlərinə cəlb olunurlar.

Tədbirin sonunda motivasiya məqsədi ilə iştirakçılar sertifikatlarla təltif olundular və xatirə şəkli çəkdirdilər.
#Fiziki #Məhdudiyyətli #Şəxslərin #İdmanla #Cəmiyyətə #İnteqrasiyası #Final #Mərhələ #QHT