Azərbaycanda qardaş qardaşı bıçaqladı

250

Şəmkirin Kür qəsəbəsində 44 yaşlı kişi bıçaqlanıb.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1978-ci il təvəllüdlü Anar Babayev mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda qardaşı 1982-ci il təvəllüdlü Yaşar Babayev şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.