Parlamentdə Laçın dəhlizinin bağlanması təklif edildi

118

Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır.

Sosialmedia.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı təklif edib.

O deyib ki, Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin:

“O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycana silahlar gəlir. Bunu edənlər kimdir? Erməni separatçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr”.

Deputat əlavə edib ki, heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq.