ƏSMİD İctimai Birliyi 5 yaşını qeyd etdi – ÖZƏL

4946

Sosialmedia.az xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) 5 yaşı və “Dünya azərbaycanlılarının həmrəyliyi günü,Yeni il” bayramı ilə əlaqədar “Biz bir ailəyik” adlı tədbir təşkil etdi ..

Tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB rəhbəri Səbinə Kərimova təşkilatın 5 illik hesabtaını təqdim etdi və qeyd etdi ki, təşkilatımız yaranada cəmi 10 nəfər idik. Hazırda isə sayımız 125 nəfərdir. Bizim ailəmizin üzvülərinin sayı artmaqda davam edir. Birliyimizin əsas məqsədi əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Biz də bu misiyanı addım-addım həyata keçirdirik və cəmiyyətə daha çox əlilliyi olan şəxslərin inteqrasiyasına yardımçı oluruq. Bir çox dövlət qurumları ilə sıx əməkdaşlıq edirik,bir çox QHT-lərlə birgə fəaliyyət göstəririk. Təşkilatımız Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının və Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında ictimai şuranın üzvüdür. Bu bizim təşkilatımızın uğurudur.

Təşkilatımız hər il istedadlı və yaradıcı üzvüləri üçün sərgilər və digər yarışlar təşkil edir. Digər əlilliyi olan şəxslər üçün təlimlər təşkil edilir ki, onların bilik və bacarıqları artırılsın ki, məşqulluq problemlərini həll edə bilsinlər. Bundan əlavə onlar mədəni,kütləvi tədbirlərə dəvət olunurlar ki, cəmiyyətə rahat şəklidə adaptasiya oluna bilsinlər.Sonra il boyu fəallıq göstərən təşkilat üzvüləri təşəkkürnamələr ilə təltif olundular. Rəsmi hissə bitdikdən sonra təşkilat üzvüləri üçün musiqili əyləncəli proqram təşkil edildi.

müəllif ; Səbinə Kərimova