Əlilliyi olan şəxslərin statistikası

427

Əlil Təşkilatları İttifaqı ( ƏTİ )

Əlilliyi olan şəxslər barədə ümumi məlumat
Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti, əlilliyi və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əlilliyinin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin sosial müdafiə tədbirlərinə ehtiyacların müəyyən edilməsi tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:

1. ümumi səbəblərdən:

· ümumi xəstəlik,

· istehsalat zədəsi;

· peşə xəstəliyi,

· Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar,

· hərbi xidmət dövrü ilə əlaqədar,

· hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,

· terror hadisəsi ilə əlaqədar

2. xüsusi səbəblərdən:

· Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;

· 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar,

· hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar,

· Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.