Ordumuzun hərbçisi vəfat etdi – MN

119

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mətin İsrəfil oğlu Xankişiyevin “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda deyilir.