Böyük Britaniya hərbi xərclərini artırır: İşsizlik isə sürətlə yayılır

4260

Böyük Britaniya hökuməti qısa zamanda 3 Baş nazir dəyişdi. İdarəetmədə verilən nöqsanlar ingilisləri təcili rəhbər dəyişikliyi etməyə vadar etdi. Hökumət başçılarının yola salınmasında ən böyük paylardan biri isə hərbi sənnayenin zəifləməsi fonunda dövlət büdcəsinə dəyən ciddi zərərdir. İqtisadi böhran fonunda Ukraynaya olunan hərbi yardımlar üzdə olmasa da, daxildə Böyük Britaniya üçün ciddi problemlər yaradır.

Bunu nəzərə alaraq son aylar Böyük Britaniya ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirib. Buna həm yenidən silahlanmaya olan ümumi ehtiyac, həm də Ukrayna Silahlı Qüvvələrinə böyük miqdarda hərbi məhsulların tədarükü nəticəsində ehtiyatların qismən tükənməsi ilə Ukraynadakı döyüşlər təsir etdi.
Onu da qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcəyini açıqlayıb.

Onun sözlərinə görə, yeni paketə zirehli evakuasiya və təmir maşınları ilə birlikdə “Challenger 2” tanklarından ibarət eskadrilya, 8 ədəd AS90 silahı da daxil olacaq.

Bundan əlavə, siyahıya 100 min artilleriya mərmisi,100 qabaqcıl raket, onlarla PUA, 100 zirehli texnika, o cümlədən “Bulldog” zirehli daşıyıcısı, Ukrayna tanklarını və zirehli maşınlarını dəstəkləmək üçün ehtiyat hissələri daxildir.
▪ Noyabrın 15-də Müdafiə Nazirliyi “BAE Systems” şirkəti ilə daha əvvəl hərbi idarənin sifarişi ilə üç “Tip 26” freqatının tikintisinə dair müqavilənin genişləndirilməsinə dair razılığa gəlib. İndi 2030-cu ilə qədər Kral Hərbi Dəniz Qüvvələrinin sıralarında səkkiz yeni gəmi ortaya çıxacaq.

Dekabrın 8-də İsveçin “Saab” şirkəti ilə 2024-2026- cı illərdə bir neçə min “NLAW” tank əleyhinə raket kompleksinin istehsalına dair müqavilə imzalanıb, əlavə olaraq 2023-cü ildə 500 ədəd tədarük üçün müqavilə bağlanmışdır. Onlara bu tank əleyhinə raket komplekslərinin böyük partiyalarla Ukraynaya ötürülməsi nəticəsində yaranan çatışmazlığı kompensasiya etmək tapşırılıb.
Sövdələşmə təxminən 229 milyon funt-sterlinq təşkil etməkdədir.

▪ Yaxın vaxtlarda “Hipersəs” raketləri ilə silahlanacaq altıncı nəsil “Tempest” qırıcısının hazırlanmasıyla bağlı Yaponiya və İtaliya ilə müqavilə imzalanması planlaşdırılır.

▪ Hazırda “Ajax” piyada döyüş maşınlarının modernləşdirilməsi üzərində də işlərə başlanılıb.
Böyük Britaniyada silahlı qüvvələrin hərəkətliliyinin artırılmasına xüsusi diqqət yetirilir.
Bu məqsədlər üçün London Keniya, Oman və Almaniyada logistika ehtiyatlarını cəmləşdirməyə imkan verəcək regional mərkəzlər yaratmağı və ya genişləndirməyi planlaşdırır. Sonuncu bu yaxınlarda Britaniya Quru Qüvvələrinin Avropadakı ən böyük təlimi olan “Cerberus-22” zamanı istifadə edildi.

Bütün layihələrin həyata keçirilməsi Britaniyanın əvvəlki hökumətinin uğursuz qərarları, enerji daşıyıcılarının qiymətlərinin artması və anti-Rusiya sanksiyalarının mənfi nəticələrinin yaratdığı iqtisadi çətinliklər fonunda baş verir.

Onu da qeyd edək ki, Böyük Britaniyada 2022-ci ilin rəsmi rəqəmlərinə görə işsizlik səviyyəsi artıb. Britaniya Milli Statistika İdarəsi (ONS) oktyabr ayı üzrə işsizlik məlumatlarına görə, təkcə 1 ayda işsizlik səviyyəsi 3.7 faiz olub. ONS-in məlumatında həmçinin göstərilir ki, Böyük Britaniyada 65 min nəfəri ixtisaslı işçi olmaqla ümumi olaraq 1.9 milyon nəfər işsizlikdən əziyyət çəkir.

Ona görə də ölkə rəhbərliyi hərbi xərclərin artımını əsaslandırmaq məcburiyyətindədir və diqqəti müdafiə istehsalının genişləndirilməsi ilə meydana çıxacaq yeni iş yerlərinin yaradılmasına yönəltməyə çalışır. Bunu nə dərəcədə effektiv olacağını yaxın zamanlardan görəcəyik. Amma gözləntilər heç də ümidverici deyil, çünki hərbi xərclərin getdikcə daha da artacağı gözlənilir. Onu da qeyd edək ki, Böyük Britaniyanın hərbi xərcləri təkcə 2021-ci ildə 68 milyard 400 millyon dollar olub.