Ordumuz döyüş hazırlığı üzrə məşğələlər keçir

122

Sosialmedia.az xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.