Türkiyənin milli təhsil naziri ölkəmizdə səfərdədir -ÖZƏL

170

Sosialmedia.az xəbər verir ki, Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilib.