ƏSMİD İctimai Birliyinin 6 yaşı tamam olur – Səbinə Kərimova ilə özəl müsahibə

5295

Sosialmedia.az xəbər verir ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin nin 6 yaşı tamam olur. Bu barədə Birliyin sədri Səbinə Kərimova ilə söhbət apardıq. Qısa müsahibəni sizlərə təqdim edirik :

Salam Səbinə xanım təşkilatınızla bağlı oxucularımıza qısa da,olsa məlumat verməyinizi istərdik.

– salam qeyd edim ki,təşkilatımız “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi düz 6 il əvvəl bu gün 31.01.2017-ci il tarixində təşkilatımız Dövlət qeydiyyatına alınıb. Təşkilatımızı təsis edən də cəmi 3 nəfər idik. Təşkilatımızı yaradanda istəyirdik ki, o daha geniş əlilliyi olan şəxsləri əhatə etsin və biz hər bir əlilliyi olan şəxsiləri ( uşaq,qadın,kişi) aslı olmayaraq, problemlərini həll edə bilək. Onun üçün biz əlilliyi olan şəxslərin sosial müdafiəsi və inteqrasiyası üzrə fəaliyyəti seçdik.İllər keçdikcə düşünürəm ki, yaxşı ki, fəaliyyət istiqamətimizi düz seçmişik. 3 nəfərlə başladığımız bu yolda hazırda 125 nəfərlə irəlləyirik və sayımız da günbəgün artmaqda davam edir. Baxmayaraq ki, təşkilatımız 6 ildir təsis olunub, lakin biz uzun illərdir ki, fəaliyyət göstəririk.Bizim əsas məqsədimiz əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onlar üçün bərabər imkanların yaradılmasına nail olmaq, sağlamlığını qorumaq, peşəyə,təhsilə cəlb edərək məşğulluğunu təmin etməkdir. Təşkilatımız 2021-ci ildən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Vərəm Əleyhinə QHT Koalisiyasının, bundan əlavə Beynəlxalq təşkilat olan EENCE-nin üzvüdür. Bu yaxınlarda təşkilatımız Səhiyyə TV ilə də anlaşma memorondumu imzalayıb. Yəni fəaliyyətimiz davam edir.

Səbinə xanım qeyd edirsiz ki, təşkilatınızın 125 üzvünüz var. Onları necə tapmısız ya onlar sizi necə tapıb?

– Bəli hazırda təşkilatımızın 125 əlilliyi olan üzvü var. Mən özüm 1999-cu ildə Sumqayıtda fəaliyyət göstərən əlil təşkilatına üzv olmuşam, sonra isə 2004-cü ildən 2017-ci ilə qədər həmin təşkilatda işləmişəm. Ona görə Sumqayıt şəhərində məni çox əlilliyi olan şəxslər tanıyır və müraciət edir. Ancaq ƏSMİD İctimai Birliyini yaradanda mən özüm daha çox gənc əlilliyi olan şəxsləri tapmaqa başladım. Kimini yolda, kimini market də,kimini isə tanışlar vastəsi ilə tapdım. Çox çətinliklə də olsa onları cəmiyyətə inteqrasiya etdirməyi bacardım. Biz əlilliyi olan bir şəxsi cəmiyyətə inteqrasiya etməyini istəyiriksə öncə onun valdeyinləri ilə işləməliyik. Onlarnı bu təşkilata güvənmələrinə, etibar etmələri üçün şərait yaratmalıyıq ki, onlar da əlilliyi olan övladlarını bizə etibar edə bilsinlər. Ona görə biz ilk növbə də əlilliyi olan şəxslərin analarını və atalarını təşkilatımıza könüllü kimi dəvət edirik və ondan sonra əlilliyi olan şəxslərlə işləməyə başlayırıq. Bir əlilliyi olan şəxsin cəmiyyətə inteqrasiyası minimum 3 il çəkir. Bu kənardan göründüyü kimi asan deyil. Bəzi təşkilatlar artıq bizlərin cəmiyyətə təqdim etdiyimiz əlilliyi olan şəxslərlə işləyir və işlərinin bu olduqlarını düşünürlər. Bu elə deyil, bu uzun zaman və əmək tələb edir.

Səbinə xanım qeyd etdiniz ki, uzun zaman əlil təşkilatında fəaliyyət göstərmisiz, o təşkilat barədə danışa bilərsizmi?

– Bəli çox uzun zaman Sumqayıtda fəaliyyət göstərmişəm. Ancaq o, təşkilat barədə danışmaq istəmirəm. Çünki insan əməyinə qiymət verilməyən hansısa bir təşkilatın adını çəkmək belə istəmirəm. Bilirsiz ki, QHT-lər könüllü fəaliyyət göstərir, yəni heç bir qazanc əldə etmədən və mən də uzun illər o təşkilatda o cür fəaliyyət göstərmişəm. Ancaq saq ol əvəzinə eşitdiyim söz səndən çoxdur. Səni əvəz edəcək adam taparıq. Mənim də son sözüm o, oldu ki, hər kəsi əvəz etmək olar, bir tək məndən başqa. Mən əvəz olunmazam. Bu biraz simada gülüş yaratsa da ancaq inanın ki, bu belədir. Çünki mən işimi sevirəm. İşini sevən insan isə bu həyatda çox azdır.

Səbinə xanım dövlətdən və ya hansısa qurumlardan maddi dəstəyiniz varmı?

– Ümumilikdə çox yaralı məsələdir. Demək olar ki, dəstəyimiz yoxdur. Tək ayaqda qalmağa çalışırıq. İldə bir dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığımız qrantdır . Başqa dəstəyimiz yoxdur. Bir çox qurumlarla əməkdaşlıq edirik bu yalnız əməkdaşlıqdır. Ancaq maddi dəstək demək olar ki, yoxdur. Ən acınacaqlısı isə bizim ofisimizlə bağlı problemimizdir. İllərdir bütün qurumlara bununla bağlı müraciət etsək də nəticəsi yoxdur. Baxmayaraq ki, Sumqayıt şəhərində fəaliyyət göstəririk bizə bütün rayonlardan müraciətlər daxil olur. Həll etməyə çalışırıq və 99 faizini həll edirik. Ancaq görüşmək üçün müraciət ediləndə onu edə bilmirik. Xaricdən gəlib bizim işlərlə yaxından tanış olmaq istəyənlərlə çox təəssüf ki, görüşə bilmirik. Çünki biz bu 6 ildə özümüz üçün bir ofis düzəldə bilməmişik. Arenda götürmüşük, dostların ofislərində işləmişik. Ancaq hazırda bu məsələmiz həll olunmaz qalıb. Çox çətindir buna baxmayaraq, biz məqsədimizə nail olmaq üçün uğurla irəlləyirik. Düzü dəstəyimiz olmasa da, ancaq ruhdan düşmürük. Bilirik ki, bizim işimiz cəmiyyət üçün, əlilliyi olan şəxslər üçün faydalıdır və dəstək olanlar mütləq tapılacaq.

Səbinə xanım təşkilatınızın üzvülərindən işləyən və təhsil alanlar varmı?

-Əlbbətə var. Təşkilatımıza ilk gələnlər demək olar ki, hər biri hansısa fəaliyyətlə məşquldurlar. Bir çoxunu özünəməşqulluq proqramına qoşmuşuq və öz işlərini artıq qurublar. Üç nəfərimiz müəllim kimi fəaliyyət göstərir. Digərləri başqa sahələrdə çalışır. Təşkilatımızın 6 üzvü isə ali məktəbdə təhsil alır. O, qədər məşquldurlar ki, biz artıq yeni üzvülər cəlb etməyə başlamışq. Yəni böyüməkdə davam edirik.

Səbinə xanım sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar arzulayırıq və inanırıq ki, təşkilatınıza və sizə layiqli qiymət verənlər tapılacaq.

– çox təşəkkür edirəm!

müəllif : Nigar Rüstəmova

Sosialmedia.az