Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə görüş olub- Özəl

139

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri Kazutoşi Çatani və Anastasiya Dubova ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən dövrdə Azərbaycan və BƏT arasında uğurlu əməkdaşlıq gündəliyinin formalaşdığını, Azərbaycanın BƏT-in 58 Konvensiyasına qoşulduğunu qeyd edib.

Nazir müavini BƏT-lə birgə icra olunmuş proqram və layihələrin ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda önəmini diqqətə çatdırıb. O, BƏT-lə əməkdaşlıqda yeni Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması işlərinin aparıldığını qeyd edib.

İşçi qüvvəsinin bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması sahəsində ölkəmizdə aparılan işlər diqqətə çatdırılıb.

İstehsalat təlimlərinin, peşə təhsili üzrə şagirdlik sisteminin, müəyyən təcrübə keçmənin, iş təcrübəsi proqramları üzrə təlimlərin təşkilinin bu sahədə əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, BƏT-lə əməkdaşlıq sahələrindən biri də istehsalat təlimi, təkmilləşdirilmiş texniki peşə təhsili və təlimi ilə bağlı şagirdlik üzrə normativ bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi olub.

Görüşdə istehsalat təlimləri üzrə şagirdliyin statusu, iş və təlim şəraitləri, əməyin və bacarıqların qiymətləndirilməsi, şagirdliklə bağlı gender bərabərliyi, şagirdlik proqramlarının tətbiqi məsələləri müzakirə olunub.