ƏSMİD İctimai Birliyinin könüllüsü, istedadlı gənc Samirə Bayramova- ÖZƏL

5081

Sosialmedia.az saytının yeni qonağı istedadlı gənc Samirə Bayramovadır. İstərdik sizlərdə onu tanıyasınız. O, əslən Laçın rayonunda anadan olub və hazırda Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhərində fəaliyyət göstərən Laçın rayon 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyində artıq 6 ildir ki, könüllü fəaliyyət göstərir.

Samirə xanım 2014-cü ildən əl işləri ilə məşqul olmağa başlayıb və bir çox sərgilərdə iştirak edir. Dəfələrlə dövlət tərəindən keçirilən sərgilərdə iştirak edərək təltif olunub. Ən böyük arzusu Şuşa şəhərində və Laçın rayonunda sərgilər təşkil etməkdir. Samirə xanıma fəaliyyətində uğurlar arzulayırıq.