İstedadlı əlilliyi olan şəxsləri tanıyaq- Sevinc Həmidova

5347

Sosialmedia.az saytı istedadlı və yaradıcı olan əlilliyi olan şəxsləri axtarıb cəmiyyətə təqdim etməkdə davam edir. Bu dəfə ki, qonağımız 3-cü qrup istedadlı əlilliyi olan xanım Həmidova Sevinc Sabir qızıdır. O, Sumqayıt Şəhərində doğulub və anadangəlmə fiziki məhdudiyyəti var. Sonradan qazanılmış zədələri də var.

Sevinc xanım qeyd edir ki, səhhəti ilə bağlı işləməyə həkim icazə vermədiyi üçün əl işlərinə maraq göstərib. Bu işləri yaratmaq və onları satmaqla mən özümdə yaşamaq hissi qazandım .
Sərgilərdə iştirak edirəm və satışlar edirəm .Yerli kanalda iştirak etmişəm . Artıq 6 ildir ki, Əlillərin Sosial Müdafiəsi İnteqrasiyasına Dəstək İctimai Birliyin üzvüyəm. Təşkilatımızın köməkliyi ilə bir çox yerlərə səyahət edir və yeni insanlarla tanış oluram. Təşkilat üzvüləri ilə birlikdə yeni işlər görürük və bu bizə xüsusi zövq verir. Həm də cəmiyyətə inteqrasiya etməyimizə böyük dəstək olur.