QHT zəlzələdən əziyyət çəkənlər üçün yardımlar göndərdi-ÖZƏL

90

Türkiyənin Azərbaycandakı səfirliyinin çağırışına qoşularaq, Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar üçün ,”Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək”İctimai Birliyin fəal üzvləri Birlik tərəfindən toplanmış ərzaq sovqatları, isti geyimlər və yatacaq dəstlərini elan olunmuş məkana çatdırıblar.

Sosialmedia.az-a bu barədə Yasəmən Qəyyumlu məlumat verib. O, qeyd edir ki, əməliyyat keçirdiyim üçün özüm iştirak edə bilmədim.
Yalnız aksiyamız davam edir. Növbəti günlər də özümd ə aksiya fəallarının yanında olacam. Biz bir millət, iki dövlətik. Yaşasın Türkiyə!
Yanınızdayıq Türk xalqı!