MM sədri Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində olub- Özəl

98

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında səfərdə olan parlament nümayəndə heyəti ölkəmizin buradakı səfirliyinə gəlib.

Milli Məclisin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

Sonra səfir Elxan Poluxov səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

Parlamentin sədri səfirlik əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.