Türkiyə millisinin iki voleybolçusu zəlzələdə öldü- Özəl

132

Türkiyə millisinin iki voleybolçusu – Mehmet Can Ağırbaş və Emincan Qocabaş zəlzələ nəticəsində həlak olub.

Sosialmedia.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Hər iki voleybolçu Malatya Böyükşəhər Bələdiyyəsporun formasını geyinib.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.