Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı ölüb-ÖZƏL

122

Sosialmedia.az xəbər verir ki, Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı ölüb.

Səfir: Zəlzələ baş verəndən bu günə qədər 1980-ci il təvəllüdlü Nailə Bünyatova adlı bir xanım haqqında təsdiq olunmuş məlumat var. Bələdiyyə onu xilasedicilərdən təhvil alıb. Onun cənazəsi hazırda Kahramanmaraşda saxlanılmaqdadır. Onun valideynləri, Bakıda və ya buradakı qohumlarından dəfn yerini öyrənmək istəyirik.

Əgər onun dəfninin Azərbaycanda olması istənilərsə, dövlətimiz ona yardım göstərəcək və onun nəşini Azərbaycana göndərəcəyik”.