Əlilliyi olan gəncləri bir araya yığmaq üçün təşkilat yardan əlilliyi olan istedadlı gəncimiz Murad Səmədov-ÖZƏL

4843

Sosialmedia.az saytı olaraq biz ölkəmizi qarış qarış gəzib istedadlı,yaradıcı əlilliyi olan şəxsləri tapıb cəmiyyətimizə təqdim etmək də davam edirik. Bu dəfə ki qonağımız 1-ci qrup fiziki məhdudiyyətli olan, Salyan rayonunda yaşayan istedadlı gəncimiz Murad Səmədovdur. Onun anadan gəlmə fiziki məhdudiyyəti olmağına baxmayaraq fəal və istedadlı bir gəncdir.

2015-ci ildə anası ilə birlikdə Səlyan rayonunda “Murad”Əlillər İctimai Birliyini təsis edib və 7 ildir ki, birlik dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir. Murad ətrafına əlilliyi olan yeniyetmə və gəncləri yığaraq onlar üçün kurslar açaraq özü bacardığı sənəti onlara öyrədir. Muradın çox gözəl əl işləri var və bundan əlavə xalça toxuyur və suvinirlər düzəldir. Onun ən böyük arzusu əliliyi olan insanarı bir araya yığıb, onların məşqullugunu təmin etmək üçün böyük bir emalatxana yaratmaq istəyir .

Bizdə Sosialmedia.az saytı olaraq, Murada bu xeyirxah işlərində uğurlar arzulayırıq.