15 yaşlı yeniyetmə anasını qətlə yetirib- Özəl

149

Sosialmedia.az xəbər verir ki, Hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə yollanıb. Araşdırmalar zamanı hadisənin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü oğlu şübhəli tutularaq istintaqa təhvil verilib”.