Bakıda “Qadın fəallığı və ictimai vəkilliyi” adlı görüş keçirilib- Özəl

143

Sosialmedia.az xəbər verir ki, Bakıda “Qadın fəallığı və ictimai vəkilliyi” adlı görüş keçirilib.

Qadınların potensialının gücləndirilməsi, qızların təhsilə çıxış imkanlarını artırmaq, erkən nikahlara qarşı mübarizədə mexanizmlərlərin tətbiqi və s. məsələlər “Qadın fəallığı və ictimai vəkilliyi” adlı görüşdə müzakirə olunub.

Bakıda keçirilən görüşdə Azərbaycanın müxtəlif rayon və bölqələrindən olan 30 nəfərə yaxın qizlar və gənc qadınlar iştirak edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, Niderlandın Azərbaycandakı səfiri Paulina Eizema, Belçika Krallığının ölkəmizdəki missiya rəhbərinin müavini və konsulu xanım Tinneke Everaert, BMT nümayəndələrinin də qatıldığı görüşdə yuxarıda qeyd olunan problemlərlə bağlı beynəlxalq təcrübənin və mübarizə yollarının, eyni zamanda, ölkədəki hazırkı vəziyyət müzakirə edilib.
Müzakirələr zamanı Azərbaycanda məişət zorakılığı problemi və gənc qızların təhsildən yayınması məsələləri önə çəkilib.

Görüşdə çıxış edən İngiltərənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bildirib: “Mən İnanıram ki, sizin fəaliyyətiniz icmada müsbət dəyişiklikləri qətirəcək və hər biriniz digər qadınlar üçün işıq saçan ulduz olacaqsınız”.

Qeyd edək ki, görüş FemACT Qadınlar Fondu tərəfindən icra edilən “Gənc Qadınların Sülh Akademiyası: Gənc Qadınların Fəallığı və Vəkilliyi” layihəsi çərçivəsində reallaşıb. Layihənin icra müddətində parlament üzvləri və dövlət qurumları ilə görüşlərin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, layihə çərçivəsində iki ay müddətində Bakı şəhərində mentorluq və təlim proqramı keçirilib. Proqram aşağıdakı mövzuları əhatə edib: “gender, sülh, münaqişələrin transformasiyası, liderlik bacarıqlarının artırılması, tənqidi və analitik düşüncənin formalaşması, ünsiyyət və təbliğat bacarıqlarınin inkişaf etdirilməsi, transformasiya dəyişikliyi sahəsində bacarıqların artırılması və s.”