Gənc eşitmə məhdudiyyətli rəssam Xuraman Rzayevanı sizlərdə tanıyın-ÖZƏL

7232

Elə insanlar var ki, doğulanda istedad onlarla birlikdə doğulur. Bu gün söz açacağımız xanım məhz belələrindədir. O, həyatı bir başqa gözlərlə görür və bu ona xüsusi zövq verir.

Sosialmedia.az saytı olaraq, sizə istedadlı gənc rəssam, 3-cü qrup eşitmə məhdudiyyəti olan Rzayeva Xuraman Elşən qızı ilə tanış edəcəyik. O, 2002-ci ilin avqust ayında Sumqayit Şəhərində anadan olub.

Andan gəlmə eşitmə və nitq məhdudiyyətlidir. Buna baxmayaraq, o təhsil alıb, fəal-aktiv gənclərdəndir. Sumqayıt şəhərin də fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına” Dəstək İctimai Birliyinin üzvüdür. Xuraman hazırda Bakı Dövlət Üniversitetinin nəzdində İktisadiyyat və HumAnitar Kollecində təhsilini davam etdirir. Xuraman gözəl rəsmlər çəkməklə yanaşı, qablar üzərində də sənət əsəri yaradır. Bir çox sərgilər də, müsabiqələr də iştirak edərək qalib olub. Onun ən çox sevdiyi məşğuliyyəti rəsm çəkməkdir. Ən böyük arzusu isə ilk təhsil aldığı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində işləməkdir. O, özü kimi istedadlı uşaqlar yetişdirmək arzusundadır.

Biz də Sosialmedia.az saytı olaraq Xuraman xanıma təhsilində müvəffəqiyyətlər arzulayırıq və inanırıq ki, o tez bir zamanda öz arzusuna çatacaq.