QHT-lərər Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsi elan edir-ÖZƏL

134

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsi elan edir. Bu barədə Agentliyin sosial şəbəkə hesabında qeyd olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.
Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.