Moskvanın İrəvana xəbərdarlığı- Özəl

81

Sosialmedia.az xəbər verir ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev ötən gün İrəvana gəlib. O, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

🗣“Past” qəzetinin məlumatına görə, Xovayev Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, Moskva ciddi şəkildə qıcıqlanıb, xüsusən də Paşinyanın “məlum olur ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu bizim müdafiəyə yox, əksinə Ermənistan Respublikasının təhlükəsizliyinə təhdid yaradır”. dediyi sözlərə.

“Rusiyada hesab edirlər ki, Paşinyan artıq “bütün qırmızı xətləri” keçib. Mənbələrimizin bildirdiyinə görə, bu hal Ermənistanın indiki hakimiyyətini çox narahat edib və bu görüşdən sonra, xüsusən də Ermənistanın XİN rəhbəri və müdafiə naziri rusiyalı həmkarlarına zəng vurmağa tələsiblər.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, Paşinyanın Aİ müşahidəçilərinin Ermənistan və Rusiyanın “Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər” etməyəcəyinə əmin olmaq üçün Ermənistana gəlməsi barədə bəyanatı Moskvanı da qəzəbləndirib. Moskvada bunu, Ermənistanda Rusiya Federasiyasının mövcudluğu məhz Qərbin nəzarəti altında kimi qəbul edilir”, – qəzet yazır.