Həkim Pulmonoloq Həsən Həsənzadə SOS siqnalı- Ölkəmizdə Vərəm xəstəliyi təhlükəli hal alıb-ÖZƏL

500

Sosialmedia.az xəbər verir ki, Həkim Pulmonoloq Həsən Həsənzadə həyacan təbili çalır. O, öz şəxsi feysbuk hesabında vərəmlə bağlı ciddi tədbirlər görməyə səsləyir.

Dəyərli SÖZ və YETKİ sahibləri.
Ölkəmizdə VƏRƏM xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb.Kimsə deməsinki mən qorunuram. Bu mövzuda ya cəmiyyət qorunmalıdır, yada kimsə fərdi şəkildə qorunamaz.
Tədbirlər yetersizdir!!!
Müalicələr yetersizdir!!!
Müalicə edənlərin ( istisnalar var) bu mövzuda biliyi yetersizdir!!!
Maariflənmə yetersiz!!!
Məcburi müalicə qanunları və TƏTBİQİ şərtdir!!!
Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan XƏSTƏ məsuliyyət daşımalıdır!!!
🆘Ya həmən, indi tədbirlər başlanmalı, yada artıq çox gecdir!!! deyə vurğulayıb.