VƏRƏM xəstəliyi ölkədə cox ciddi hal alıb- Elçin Muxtarlı-ÖZƏL

201

VƏRƏM xəstəliyi ölkədə cox ciddi hal alıb!
VƏRƏMin müalicəsi var və tam sagalabilən xəstəlikdir!
Sosialmedia.az xəbər verir ki, bu sözləri Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı qeyd edib.

O, bildirir ki, vərəmdən hər dəqiqədə ən azı 2 nəfər dünyasını dəyişir.Vərəmdən Azərbaycanda bugünə kimi (2022 ilə istinadən) 52 nəfər ölüb! (2023 ildə)
VƏRƏMin daha uzun müddət müalicə tələb edən, dərmanlara davamlı forması ölkəmizdə günbəgün artmaqdadır.

VƏRƏM Bərdə və ətraf rayonlarda pandemiya vəziyyətindədir!
İnsanlar VƏRƏM olduqlarını gizlədir!
İctimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə daha tez yoluxma baş verə bilir.
VƏRƏMə qarşı ciddi tədbir görülməzsə o, COVİD-dən daha təhlükəli səviyyəyə gəlib çatabilər!
Biz, vətəndaş cəmiyyəti, dövlətimizlə birgə vərəmlə mübarizə işini gücləndirəcəyik!