Christian Atsu üçün göz yaşları!- ÖZƏL

242

Sosialmedia.az xəbər verir ki, Zəlzələ fəlakətində həyatını itirən “Hatayspor”lu Kristian Atsu da Portuqaliya Liqasında anılıb. Qanalı futbolçunun keçmişdə çıxış etdiyi “Porto” və “Rio Ave” komandaları arasında ötən gün oynanılan oyundan əvvəl anma mərasimi keçirilib.

D-Smart-dan yayımlanan matça hər iki komandanın kapitanı Atsunun keçmişdə geyindiyi formalarla çıxıb. “İnter”də çıxış edən Romelu Lukaku “Everton”da çıxış edən Kristian Atsu üçün də kədərli paylaşım edib.

31 yaşlı belçikalı futbolçu Atsu ilə çəkdirdiyi fotolarını paylaşaraq “Rahat ol qardaş. Çıxarmaq çətindir. Sizinlə olmaq əla idi. Allaha sevginiz, zəhmətiniz, ailənizə və övladlarınıza olan sevginiz. Allah həyat yoldaşına, övladlarına qüvvət versin. Mən səni həmişə sevəcəyəm”. Lukaku komandası ötən gün Udinezeni 3:1 hesabı ilə məğlub etdikdən sonra əli ilə göyü göstərərək qolu Atsuya təqdim edib.

İngiltərə Premyer Liqası komandaları da ötən həftəsonu oynanılan oyunlardan əvvəl Kristian Atsu üçün bir dəqiqəlik sükutla yad ediblər.

Atsu Portuqaliyanın “Porto”, “Rio Ave”, “Çelsi”, “Everton”, “Bornmut”, İngiltərənin “Nyukasl Yunayted”, Hollandiyanın “Vitess”, Səudiyyə Ərəbistanının “El Raed” və Türkiyənin “Hatayspor” klublarında çıxış edib.

Hatayda Renaissance Residence binasının çökməsi nəticəsində 31 yaşında dünyasını dəyişən Atsunun cansız cəsədi ötən gün tapılıb.