Uşaqlar və körpələr arasında vərəm niyə yayılıb? – Mütəxəssis rəyi

195

Sosialmedia.az xəbər verir ki, Biz camaat olaraq vərəm xəstəliyini ciddi saymırıq. Vərəm xəbərlərini oxumuruq, ildə bir dəfə vərəmlə mübarizə günü qeyd olunur, fikir vermirik. Hətta vərəmə yoluxuruq, yenə eynimizə olmur. İşləmək, pul qazanmaq istəyirik. Vərəmli insanların sayı çoxalanda da hökumətin üstünə düşürük, “niyə insanları sagaltmırlar”, – deyə səhiyyəni söyürük.

Səhiyyənin bu sahədə nöqsanları var, bu ayrı söhbətdi. Deyəcəyik. Amma indi mən sizə desəm ki, son 2 ildə uşaqlar və hətta körpələr arasında vərəm sürətlə çoxalmaga başlayıb, adam vahiməyə düşərmi? Düşər.

Həqiqətən də vərəmli uşaqların və körpələrin sayının son iki ildə artdıgı qeydə alınır.

Bu və vərəmə dair digər problemlərlə bağlı Mia.az-a danışan Vərəm üzrə QHT Koalisiyasının katibi, Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü Pərvanə Vəliyeva mövcud vəziyyətlə bağlı narahahatlıqlarını bölüşüb.

Onun dediklərinə keçməzdən əvvəl daha bir vahiməli və bizi həm də qıcıq edəcək xəbəri də deyim ki, dünya ölkələri arasında vərəmin geniş yayılması, həmçinin Dərmanlara Davamlı Vərəmin (DDV) statistikası üzrə çox pis yerdəyik. Yəni, dünyada bu vəziyyətə düşən 30 ölkə varsa, biz onların arasındayıq. Qıcıgımız da ondan ibarətdi ki, səhiyyəsi yerdə sürünən Ermənistan o siyahıda yoxdu.

P.Vəliyevadan əvvəlcə DDV-nin nə oldugunu soruşuruq, çünki, vərəm aydın məsələdi, hava-damcı yoluyla keçən agır yoluxucu xəstəlikdi və agciyərləri zədələyərək, ölüm yarada bilər: “DDV daha agır vəziyyətdi. Vərəmə yoluxan insan müalicəsini yarımçıq qoyanda, xəstəlik aqressivləşir və standart dərmanlara müqavimət göstərir. Vərəmin bu mərhələsini müalicə etmək həm çətindi, həm bahalıdı, həm də xəstəyə agır psixoloji təsir göstərir. Onsuz da malicə müddətində xəstələr psixoliji gərginlik yaşayır. Vərəm dərmanları bir tərəfdən insanları sagaldır, digər tərəfdən, ruhdan salır. Dərmanların yan təsiri çox agır keçir, xəstələr bundan da bezir. Vərəm xəstələri yaxşı qidalanmalıdı, amma onların böyük əksəriyyəti sosial təminat baxımından acınacaqlı vəziyyətdədi. Haradan tapıb yaxşı yesin? O yeməyi almaq üçün də işləmək, pul qazanmaq lazımdı. Xəstə işləsin, yoxsa müalicə olunsun?.

Biz təbii ki, işləməyi seçirik. Tibb müəssisəsinə getməyə vaxt lazımdı. Bizsə vaxtımızı müalicəyə yox, dolanışıga sərf edirik. Vərəmli xəstələr ailə başçılarıdı, onlar ailənin güzəranını da düşünür: “Dərmanların agır yan təsiri üzündən xəstələr müalicəni yarımçıq qoyur. Bu, çox təhlükəli haldı. Belə getsə, biz ölkə olaraq, vərəmlə mübarizədə aciz duruma düşə bilərik. Sosial faktorların aradan qaldırılması vacibdi”.

Burada bir əmmanı deməsəm, olmaz. Dərmanların yan təsirini azaltmaq mümkündü. Yəni, dərmanın da dərmanı var, demək istəyirəm. Əmma da odu ki, bu dərmanı dövlət verməlidi xəstəsinə. Üç nöqtə.

Mənə maraqlıdı ki, neçə illər ölkədə vərəmlə baglı bu qədər işlər görülsə də, niyə o 30 ölkənin arasından çıxa bilməmişik?

Müsahibimiz deyir: “DDV-lə baglı vəziyyətin, müalicənin effektivliyinin dəyərləndirilməsi üzrə Dünya Səhiyyə Təşkilatının öz standartları var. Həmin hesablamalara görə, DDV vərəmdən tam sagalma faizi 75-ə çatarsa, ölkə o “qara siyahı”dan çıxır. Biz bu neçə ildə 56, 59 faizdən birtəhər 60 faizə qalxmışıq. Amma nə yalan deyim, o faizə necə qalxdıgımızı hələ də düşünürəm…Əmin deyiləm.

Yəni, sizin də anladıgınız kimi, vərəmlə mübarizədə hələ ki, başımız rəqəmlərə, faizlərə qarışıb. Bu arada rəqəm demişkən, 2021-ci ildə 6400 vərəmli xəstəmiz olub. 890 nəfər vərəmdən vəfat edib. Yeni və residiv hallar 3700 nəfəri əhatə edib. Onların da 32 faizi qadınlardı. Uşaqların vəziyyəti isə daha təhlükəlidi.

Son illərdə uşaqlar və hətta körpələr arasında vərəm çoxalıb. Bunun bir ucu COVİD-19 pandemiyasına toxunur. 2020-21-ci illərdə camaatın evdə qaldıgı vaxtlarda vərəm üzrə müayinələr aparılmadıgı üçün evlərdə, ailə üzvləri arasında yoluxma kəskin artıb. Çünki vərəmli xəstənin simptomları aşkara çıxana qədər o, artıq ailədəkiləri yoluxdurur. Ev təmaslarının yoxlanılmaması üzündən indi biz uşaqlar və körpələr arasında vərəmin yayıldıgını müşahidə edirik”.

Mən bu uşaqların vəziyyətini gözümün önünə gətirirəm. Böyüklərin tab gətirmədiyi dərmanları onlar necə içir? Narahatam. Əks-təsir dərmanları verilmədiyinə görə. İnsanımız səhhətinə başdansovdu yanaşdıgına görə. Hansısa qara siyahıdan çıxmaqçün özümüzdən rəqəmlər uydurdugumuza görə.

Daha nə deyim?

Zülfiyyə Mustafayeva