Bahalaşma maaş artımını üstələyir- Özəl

271

Azərbaycanda ərzaq qiymətlərinin artması tempi maaşların artıması tempini üstələyir. Ötən il maaşlar təxminən 15%, ərzaq qiymətləri isə təxminən 20% artıb.

Sosialmedia.az xəbər verir ki, 2022-ci ildə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manata çatıb.

2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci illə müqayisədə 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz artıb.

2023-cü ilin yanvar ayında isə istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz yüksəlib.

2023-cü ildə də bir sıra qidalar bahalaşır. Son günlər ölkədə ətin qiymətinin artması müşahidə edilir.