“Vida məktubu” seriyalı fevralın 27-də ekranlarda olacaq-ÖZƏL

675

Sosialmedia.az xəbər verir ki, Kanal D-nin istehsalı olan Most Production-da, prodüseri Gül Oğuz olan “Veda Mektubu” yeni serialı 27 fevral bazar ertəsi ilk bölümü ilə yayımlanacaq.
Baş rollarında Nurgül Yeşilçay, Səlim Bayraktar, Rabia Soytürk, Emre Kıvılcım və Bennu Yıldırımların yer aldığı “Vida məktubu” yayımlanan promosyonları ilə böyük rəğbət qazanıb.

Dəniz Çələbi Dikilitaşın rejissor kürsüsündə oturduğu serialın hekayəsini Gamestory, ssenarisini isə Deniz Akçay yazıb.

Bir məktubla ayrılan Alanur (Nurgül Yeşilçay) ilə Ziyanın (Selim Bayraktar) yolları illər sonra övladlarının bir-birini sevməsi ilə kəsişir.

İkisi arasında övladları üstündə böyük çəkişmə yaşanarkən, Ziya ilə Alanurun ayrılmasında rol oynayan Seher oğluna hakim ola biləcəkmi, onu sevgisindən əl çəkə biləcəkmi?