Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib-ÕZƏL

303

Sosialmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.

İclasda dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2022-ci il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ötən il görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat və ölkəmizdə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin icrasına dair tapşırıqlar verib.