Müəllimlərin maaşı artırıldı-Özəl

423

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, məktəb direktorları və direktor müavinlərinin, peşə təhsili müəssisələrinin idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayev õz sosial şəbəkə hesabından qeyd edib.

Təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkürümüzü bildiririk deyə vurğulayıb.