O, illərdə vərəmdən 450-500 nəfər ölürdü- Elçin Muxtarlı-ÖZƏL

452

İnsanların hər hansı bir məsələyə fərqli yanaşması və onun araşdırılması nəticəsində haqq öz yerini tutur və mövcud problemlər öz həllini tapır. Hər bir şey addım-addım irəliləyərək təkmilləşib günün tələblərinəə uyğun şəkildə formalaşır. Sosialmedia.az xəbər verir ki, bu sözləri Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı vurğulayıb.

O, qeyd edir ki, vaxt var idi həbsxanalarda vərəm epidemiyası tüğyan edirdi. Soviet ittifaqı dağıldıqdan sonra, bizim çöldə ərzaq qıtlığından əziyyət çəkdiyimiz, çörək növbələrinə durduğumuz bir dövrlərdə, təsəvvür edin içəridə, dəmir barmaqlıqlar arxasında gün ərzində bir tikə çörəyə möhtac məhkumlar kütləvi şəkildə vərəm xəstəliyinin qurbanına çevrilirdilər.

O, zamanlar mənim ilk illərim idi ki, vərəmlə mübarizə işinə başlamışdım. O, illərdə 450-500 nəfər vərəmdən ölürdü. Həbsdən çıxanların əksəriyyəti vərəm xəstəsi kimi çıxırdı. O, vaxtlar insanlarda vərəmin yalnız həbsxanada aid olduğu və ordan da mülki sektora yayıldığı təsəvvürü yaranmışdı.

Bugün isə əksinədi çöldən içəriyə daha çox vərəm daxil olur. Mən gördüyümü Allah heç kəsə göstərməsin. Biz Qızıl Xaç komitəsində həbsxanada səhiyyə programında işləyən komanda olaraq günortaya kimi xəstələrə qayğı göstərir, günün ikinci yarısı da BQXK-nin nümayəndələri ilə aidiyyati qurumlarla qərar qəbul edəcək şəxslərə üz tutaraq vərəmdə mövcud problem və baryerların aradan qaldırılmasına çalışırdıq. Beləliklə biz nəyə nail ola bildik:

_ CM-də işləyən işçilərin maaşları 3-4 dəfə qaldırıldı. Həbsxanaya yeni işçi axını baş verdi və s. ilbəil inkişafa nail olduq. Bugün regionda ÜST-nin həbsxanalarda səhiyyə üzrə əməkdaşlıq mərkəzi MƏHZ ölkəmizdə yaradıldı. Həmin Mərkəzdə işləyən həkimlər, Azərbaycanlı həkimlər tərəfindən beynəlxalq təlimlər keçirilir. Dünyanın 20 -yə yaxın ölkəsindən Vərəm mütəxəsissləri təlimdə öz istəklərilə müəyyən təlim haqqı ödəməklə gəlib o, kurslarda iştirak edirlər.

Mən ömrümün 25 ilindən çoxunu insanların problemlərinin həllinə həsr eləmişəm. Vərəmin hər üzünü görmüşəm. İlk dəfə 1997-ci ildə dərmanlara davamlı vərəmi ilk dəfə araşdıran Amerikalı Alim Paul Farmer 1999-cu ildə Azərbaycanda Multi Dərmanlara Rezistent vərəm məsələsini dilə gətirərək Azərbaycanda ilk araşdırmanı bizimlə birgə məhkumlar arasında apardı.

İndi kiminsə tərəddüddlü fikirləri “biz bacarmarıq” nə bilim “Dərman Monopoliyası” var və s. mənə çox qəribə gəlir. Qardaşlar, bacılar,vətəndaş cəmiyyəti həmkarlarım bugün mən dünənki qədər aktiv olmasam da mənim yanımda haqqı deyən Cəsarət, Çingiz, Amal, Kənan, Ayaz müəllim kimi, Ziba,Səbinə, Pərvanə, Samirə, Sona, Cəmilə,Sədaqət, Mətanət,Sveta, Aidə, Vüsalə və Zəminə xanım kimi cəsarətli insanlar var. Biz ona görə varıq ki, vətəndaşlara yardımçı olaq və mövcud problemləri kökündən həll edib dövlətimizin həm siyasi,iqtisadi və həm də sosial inkişafına nail ola bilək! Allah sizə yar olsun!