Samvel Babayan :-Qarabağ öz statusu haqqında çoxdan qərar verib- Özəl

84

Mən Azərbaycanın Zod qızıl mədəninə sərmayə qoyub yekun nəticəni Azərbaycana aparmasının əleyhinə deyiləm.

Sosialmedia.az xəbər verir ki, “Vahid Vətən” partiyasının sədri Samvel Babayan Birinci Kanalda Petros Qazaryana müsahibəsində deyib:

“Bu məhsulu Azərbaycanın, İranın və ya Rusiyanın sərmayə qoyub satmasının nə fərqi var? Problem nədir? Azərbaycan bura sərmayə qoyub Qarabağa vergi ödəyirsə, tanımadığı Qarabağa. İndi hansı düzdür? vergi ödəmək istəməyəcəksə o zaman göstərəcək ki, o, qarşılıqlı etimad istəmir, münaqişə istəyir, biz də vasitəçilərə göstərəcəyik ki, o, münaqişə istəyir.

Mən təklif etdim ki, Azərbaycanın 2,5 ildir danışdığı 5 bənd üzrə Azərbaycanla danışıqlar aparılsın və bunlarla bağlı öz fikirlərimizi bildirək. Söhbət statusdan getmir, söhbət qarşılıqlı etimaddan gedir.

Qarabağ öz statusu haqqında çoxdan qərar verdi, Sovet İttifaqından çıxdı, referendum keçirdi və müstəqilliyini elan etdi. Söhbət bundan getmir. Danışıqlar gedir ki, yayda biz onlara su verək, onlar da bizə işıq versinlər”, – Babayan bildirib.