Vətəndaşsızlıq Məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirildi-ÖZƏL

427

Sosialmedia.az xəbər verir ki, ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə yaradılmış və fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq Məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirilib.

İşçi Qrupun iclasında Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı Nümayəndəliklərinin əməkdaşları və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təmsilçisi iştirak ediblər.