QHT Agentliyi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qrant müsabiqəsi elan etdi-ÖZƏL

195

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/post/64008dba88899d58a21c999a?fbclid=IwAR2Gaq13EfuPWqUPptEqnh8-xVQ3_8BHdkm1L5bwX2dJBFU3e125yNno2r8 proqramı vasitəsi ilə qəbul ediləcək.

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 02 mart 2023-cü il tarixdən 24 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.

Qrantın məbləği
Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 25 000 (iyirmi beş min) manatdır.

MÖVZULAR ;
 “Heydər Əliyev və Türk dünyası” mövzusunda yerli və beynəlxalq tədbirlərin təşkili;

 “Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda yerli və beynəlxalq tədbirlərin təşkili;

 “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi” və “Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi” mövzularında elmi-tədqiqatların aparılması;

 QHT-lər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks etdirilməsi, təbliği məqsədilə digər mövzularda da tədbirlərin təşkili (forumlar, konfranslar, simpoziumlar, düşərgələr və digər), tədqiqatların aparılması, multimedia məhsullarının, rəqəmsal məhsulların hazırlanması, kitabların hazırlanması və nəşri, digər təşəbbüslərlə əlaqədar layihə təklifləri təqdim edə bilərlər.