Kərbəlayi Səbuhi məhkəmə zalında dünyasını dəyişdi-Özəl

147

Sosialmedia.az xəbər verir ki, Sosial şəbəkədə “Hüseynçi” kimi ləqəbi ilə tanınan və bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Kərbəlayi Səbuhi məhkəmə zalında dünyasını dəyişdi.

Qeyd edək ki, S. Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

S. Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.