Zaman onların xeyrinə işləmiyəcək-Mətanət Əsgərqızı -ÖZƏL

277

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Çox vacib informasiyadır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgər qızı deyib.

O, qeyd edir ki, Nəhayət artıq təmasların, gediş-gəlişin intensivləşməsi zamanıdır. Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüşdə həmçinin erməni nümayəndəsi olan qondarma rejimin ”təhlükəsizlik şurasının katibi”Samvel Şahramanyan da olub.

Artıq Azərbaycan torpaqlarında məskunlaşmış ermənilər analamalıdılar,torpaq bizimdir. Nə Qarabağda hansısa xüsusi statusdan, nə də xüsusi imtiyazlardan söhbət gedə bilər. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilərə də o hüquqlar veriləcək. 2020-ci il Vətən müharibəsindən iki ildən çox müddət keçir. Ermənistan siyasi hakimiyyətinin, Qarabağdakı qondarma rejimin, qanunsuz silahlı dəstələrin əlində oyuncağa çevrilən ermənilər bu zaman kəsiyində heç nə əldə edə bilmədilər.Onlar anlamalıdılar ki, Azərbaycan Prezidenti bir gecədə orduya əmr verər, təmizləmə işi aparar. Lakin Prezident İlham Əliyev buna getmir, çünki bu torpaqda bir daha qan tökülməsini istəmir.

Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdılar. Onların taleyi, gələcək həyatı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Nə Prezident , nə də xalq olaraq biz daxili məsələlərimizi nə bir ölkə ilə, nə də xüsusi ilə Ermənistanla müzakirə etmək fikrində deyilik.

35 il öncə indi Qarabağda yaşayan ermənilər istər bölgələrdə, istərsə də Bakının ən gözəl məkanlarında yaşayıblar. Ortada çox qanlar axdı.

Qarabağda yaşayan ermənilər nə qədər tez iddialarından əl çəksələr,onlara da münasibət Azərbaycan vətəndaşlarına olduğu kimi olacaq. Azərbaycan pasportu daşıyacaq ermənilərin işlə təminatında da hər hansı bir problem yaşanmayacaq.

2020-ci ildən bu yana yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünə yaxınlaşdığını diqtə edir.Sözsüz ki,Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin xarici ölkələrə çıxış imkanları da genişlənəcək. Yetər ki, onlar artıq dürüst olsunlar. İllərlə həm bizim itirdiklərimizdən, həm də özlərinin başına gələnlərdən nəticə çıxarsınlar.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə , respublikamıza gələn turistlər müşahidə ediblər ki, ölkəmız dünyaya tolerantlıq, multikulturalizm nümunələri göstərir. Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür.

30 illik fasilədən sonra inteqrasiya prosesinin aparılması və inam mühitinin formalaşdırılması üçün zamana ehtiyac var.

Xarici teleiziya müxbirlərinin Qrabağdan hazırladıqları süjetlərdə erməni əhalisinin hazırda güzəranlarından narazı olduqlarının görüntüləri yayılır. 35 il insan həyatı üçün çox böyük müddətdir. Qarabağda məskunlaşıb, yaşayan erməni əhalisi qeyd etdiyimiz kimi istər Ermənistan siyasi hakimiyyətinin, Qarabağdakı qondarma rejimin, qanunsuz silahlı dəstələrin verdikləri vədlərin heç birinin həyata keçmədiyinin də fərqindədilər.20 minədək erməni əhalisinin artıq yaşayışlarından bezdikləri barədə məlumarlar da gəlməkdədir.

Prezident İlham Əliyevin və Azərbaycan xalqının Sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində maraqlı olması bütün məsələlərdə və səviyyələrdə ölkəmizin dəyişməz iradəsi ortadadır.Qarabaq erməniləri nə qədər onlara uzanan əlləri tez sıxsalar zaman onların da xeyrinə işləyəcək.