Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı yayılıb- Özəl

228

Sosialmedia.az xəbər verir ki, sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı yayılıb. Səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb.

İnsanlar arasında təşviş yaradan səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, sözügedən səs yazısı araşdırılır.