Iran rəsmisi Gəncəni Iran şəhəri adlandırdı-ÖZƏL

4461

Sosialmedia.az xəbər verir ki, Iran rəsmisi Azərbaycana ərazi iddiası ilə çıxış etdi, Gəncəni İran şəhəri adlandırdı.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani dünən Tehranda keçirilən “Nizami həftəsi”nin açılış mərasimində Nizami Gəncəvi ilə bağlı absurd ifadələr işlədib.

N.Kənani böyük Azərbaycan şairi, dahi Nizami Gəncəvini İran, fars şairi adlandırıb.

Həmçinin Kənani çıxışında Nizami Gəncəvinin İranın Gəncə şəhərində anadan olduğunu qeyd edərək, şovinist xislətini bir daha ortaya qoyub və onun İran mühitində yaşayıb yaratdığını iddia edib.